Bank Of Baku

Lənkəranda Uşaq Sağlamlıq Mərkəzində yanğın olub

Lənkəranda Uşaq Sağlamlıq Mərkəzində yanğın olub
# 18 avqust 2011 16:15 (UTC +04:00)
Yanğın tibb müəssisəsinin birinci mərtəbəsində, inzibati otaqların birində baş verib. Hadisədən dərhal sonra burada çalışan 30-a yaxın tibb işçisi binadan təxliyə olunub. Fövqəladə Hallar Nazirliyinin Lənkəran Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı briqadası dərhal əraziyə cəlb olunub. Təxminən 30 dəqiqə ərzində yanğının qarşısı tam alınıb. Yanğın nəticəsində Lənkəran Uşaq Sağlamlıq Mərkəzinin elektrik sistemi sıradan çıxıb, qismən mebel yanıb, 1 otaq yararsız hala düşüb. Yanğın zamanı burada çalışan tibbi heyətdən heç kim xəsarət almayıb.

İlkin ehtimala görə, yanğın Sağlamlıq Mərkəzinin elektrik naqillərində baş verən qısa qapanmadan baş verib. Lakin hadisənin dəqiq səbəbi mütəxəssislərin aparacağı araşdırmadan sonra məlum olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR