Bank Of Baku

Deputat Göyçay və Şamaxıda 1000 nəfər üçün iftar süfrəsi açıb

Deputat Göyçay və Şamaxıda 1000 nəfər üçün iftar süfrəsi açıb
# 18 avqust 2011 19:16 (UTC +04:00)
Göyçay. Elvin Yaqubov-APA. Göyçaylı iş adamı və xeyriyyəçi, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, Şamaxıdan Milli Məclisə deputat seçilmiş Elxan Süleymanov Göyçay və Şamaxıda oruc tutan insanlar üçün iftar süfrəsi təşkil edib. APA-nın məlumatına görə ramazan ayı başlanandan bəri Göyçayın müxtəlif yaşayış məntəqələrində 700 nəfərin iştirakı ilə iftar məclisləri təşkil edilib. Göyçay şəhərindəki iki məsciddə keçirilən iftar məclisinin hər birində 200, Qaraman kənd məscidində iki dəfə təşkil edilən tədbirdə 200 nəfər, Mırtı kənd məscidində keçirilən iftarda 100 nəfər iştirak edib. İftar məclislərində dindarlarla yanaşı, yoxsul və imkansız insanlar, qocalar və əlillər də iştirak edib.

Qeyd edək ki, millət vəkili bu günlərdə Şamaxının Mədrəsə və Göylər kənd məscidlərində 300 insanın iştirakı ilə iftar məclisləri təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR