Bank Of Baku

TQDK avqustun 28-də ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirəcək

TQDK avqustun 28-də ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirəcək
# 19 avqust 2011 08:06 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, qəbul imtahanında iştirak etmək üçün 31 251 abituriyent ərizə təqdim edib. Abituriyentlər “imtahana buraxılış vərəqəsi” və “abituriyentin vəsiqəsini” elektron ərizələrini təsdiq etdirdikləri Sənəd Qəbulu Komissiyasından avqustun 24-27-də əldə edə bilərlər. Bu il 9 illik orta təhsil abzasında 635 ixtisas üzrə 46 orta ixtisas təhsili müəssisənə qəbul aparılır. Ayrılmış 9 642 plan yerindən 8 449-u Azərbaycan bölməsinə, 312 yer rus bölməsinə, 881 yer birgə müsabiqə aparılan ixtisaslara aiddir.

Qəbul imtahanı Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Ağcabədi, Göyçay və Xaçmaz şəhərlərində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR