Bank Of Baku

Təhsil Nazirliyi ingilis dili müəllimliyinə işə qəbulun nəticələrinə görə vakant qalan yerləri elan edib

Təhsil Nazirliyi ingilis dili müəllimliyinə işə qəbulun nəticələrinə görə vakant qalan yerləri elan edib
# 19 avqust 2011 08:50 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Təhsil Nazirliyi 2011-2012-ci dərs ilində respublikanın ümumtəhsil məktəblərinə ingilis dili müəllimi vəzifəsinə işə qəbulun nəticələrinə görə, vakant qalan yerləri elan edib. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, avqustun 1-dən 5-dək ingilis dili müəllimlərinin işə qəbulu üzrə müsabiqədə iştirak edərək keçid balını toplayanlar elan edilən 107 yer üçün müraciət edə bilərlər. Bakı şəhərində olan vakant yerlər ucun keçid balı 28-dən yuxarı, digər vakant yerlərə isə 21-dən yuxarıdır. Vakant yerlərdə işləmək istəyənlər avqustun 25-dək Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinə ərizə ilə müraciət etməlidirlər.

Qeyd edək ki, elan edilən 107 vakant yerdən 9-u Bakı şəhəri, 98 yer isə digər şəhər və rayonlar üzrədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR