Bank Of Baku

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi mağazalarda satılan mayonezləri yoxlamağa başlayıb

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi mağazalarda satılan mayonezləri yoxlamağa başlayıb
# 19 avqust 2011 08:52 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda mağazalarda satılan mayonezlərin bakterioloji və kimyəvi müayinələrinə başlayıb. Bu haqda APA-ya mərkəzin Qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev məlumat verib. İ. Abdullayevin sözlərinə görə, müayinələr üçün həmin məhsullardan 60-a yaxın nümunənin götürülməsi nəzərdə tutulur. Müayinələrə həm yerli, həm də xaricdən gətirilən məhsulların cəlb edildiyini deyən İ. Abdullayev bildirib ki, yerli mayonezlərin istehsal olunduğu müəssisələrin də sanitar vəziyyətləri yoxlanılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR