Bank Of Baku

Azərbaycanda 9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanının nəticələri sentyabrın 2-də açıqlanacaq

Azərbaycanda 9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanının nəticələri sentyabrın 2-də açıqlanacaq
# 19 avqust 2011 10:04 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə avqustun 28-də keçiriləcək qəbul imtahanının nəticələri sentyabrın 2-də açıqlanacaq. APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi sonuncu həftəlik mətbuat konfransında bildirib. Onun sözlərinə görə, imtahanın nəticələrinin bir qədər gec açıqlanmasına səbəb Ramazan bayramı ilə əlaqədar bir neçə gün qeyri-iş gününün olmasıdır: “İmtahan başa çatan kimi imtahan materialları qapalı arxivə təqdim ediləcək. Sentyabrın 1-dən isə imtahanının nəticələrinin emalına başlanacaq”.

TQDK sədri deyib ki, əvvəlki illərlə müqayisədə bu il ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd verənlərin sayı artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR