Bank Of Baku

Tələbələrin qəbul əmrləri sentyabrın 1-dən daxil olduqları ali məktəblərə göndəriləcək

Tələbələrin qəbul əmrləri sentyabrın 1-dən daxil olduqları ali məktəblərə göndəriləcək
# 19 avqust 2011 10:26 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. “Ali məktəblərə qəbul olan abituriyentlərin qeydiyyat prosesi yüksək səviyyədə həyata keçirilir. Artıq dövlət sifarişli yerlərə 99,15 faiz qeydiyyat həyata keçirilib. Ölkə üzrə ali məktəblərə daxil olanların qeydiyyatı 96,29 faiz təşkil edir”.

APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. TQDK sədri nisbətən aşağı qeydiyyat prosesinin özəl universitetlərdə müşahidə olunduğunu və sentyabrın 1-dən ali məktəblərə daxil olanların əmrlərinin göndərilməyə başlanacağını bildirib.

M. Abbaszadə deyib ki, ali məktəblərin magistraturalarının boş qalan plan yerlərinə qəbul olan 327 nəfərdən artıq 225-i qeydiyyatdan keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR