Bank Of Baku

Təhsil nazirliyi: Təhsil orqanları tərəfindən məktəb rəhbərlərinin vəzifə funksiyalarını lazımi səviyyədə yerinə yetirmələrinə ciddi nəzarət olunmur

Təhsil nazirliyi: Təhsil orqanları tərəfindən məktəb rəhbərlərinin vəzifə funksiyalarını lazımi səviyyədə yerinə yetirmələrinə ciddi nəzarət olunmur
# 19 avqust 2011 11:18 (UTC +04:00)
APA-nın məlumatına görə, əmrdə Azərbaycan təhsilində əldə edilən bir sıra uğurlarla yanaşı problemlərin olduğu da vurğulanıb. Bildirilib ki, ümumtəhsil məktəblərində təlim-tərbiyənin keyfiyyəti müasir dövrün tələblərinə tam cavab vermir, bu sahədə problemlər hələ də qalmaqdadır: “Təhsil orqanları tərəfindən məktəb rəhbərlərinin vəzifə funksiyalarını lazımi səviyyədə yerinə yetirmələrinə ciddi nəzarət olunmur, idarəetmənin hesabatvermə, məsuliyyətin bölüşdürülməsi və inkişafın monitorinqi prinsipləri əsasında qurulması diqqətdən kənarda qalıb. Rayon və şəhərlərdə bir sıra məktəb direktorları şagird kontingentinin sabit saxlanmasına laqeyd münasibət göstərir, xüsusilə yuxarı siniflərdə dərsə davamiyyətin normal təşkilini təmin edə bilmirlər. Təhsildən yayınan şagirdlərin məktəb hesabatına daxil edilməklə adlarının sinif jurnalına yazılması faktları vardır ki, bu da son nəticədə maliyyə pozuntusuna gətirib çıxarır. Əksər məktəblərdə şagird nailiyyətlərinin monitorinqinin təşkili yarıtmaz vəziyyətdədir. Ona görə də məktəb rəhbərlərindən bir çoxunun dərs illəri ərzində şagirdlərin təlim göstəricilərindən hətta xəbərləri belə olmur”. Əmrdə bildirilib ki, məktəblərdə artıq müəllim saxlanması, xüsusən, ibtidai sinif müəllimi sıxlığının yaranması, eləcə də aparat və metodkabinet əməkdaşlarının böyük əksəriyyətinin müasir təhsil innovasiyalarını mənimsəməməsi yerli təhsil orqanlarının fəaliyyətindəki ciddi qüsurlardan hesab edilir.
Əmrə əsasən, 2011-2012-ci dərs ilində qarşıda duran vəzifələri müzakirə etmək və inkişafyönümlü əməli təkliflər hazırlamaq məqsədilə 5-12 sentyabr tarixlərində ümumi təhsil sistemində çalışan pedaqoji işçilərin rayon (şəhər) konfransları keçiriləcək. Konfranslar plenar və metodik bölmə iclaslarından ibarət olmaqla 2 gün ərzində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR