Bank Of Baku

Azərbaycanda bu il 12180 nəfər şagird dərs ilini yeni tikilmiş 47 məktəbdə qarşılayacaq

Azərbaycanda bu il 12180 nəfər şagird dərs ilini yeni tikilmiş 47 məktəbdə qarşılayacaq
# 19 avqust 2011 11:37 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycanda 2011-2012-ci dərs ilini 12180 nəfər şagird yeni tikilmiş 47 məktəbdə qarşılayacaq. APA-nın məlumatına görə, bu haqda təhsil naziri Misir Mərdanovun təhsil işçilərinin 2011-ci il sentyabr konfranslarının keçirilməsi haqqında imzaladığı əmrdə bildirilib. Qeyd edilib ki, Lənkəran şəhəri 4 nömrəli məktəbdə 560 yerlik əlavə 28 sinif otağı inşa olunub. Yeni dərs ili ərəfəsində 6 məktəb əsaslı təmir edilib. Eyni zamanda ayrı-ayrı bölgələrdəki məktəblərə 2 milyon manat dəyərində 12957 parta, 1080 yazı lövhəsi, 2095 müəllim stolu, 3750 müəllim stulu verilib.
Qeyd edək ki, 2010-2011-ci dərs ili ərəfəsində ölkədə 9380 yerlik 26 məktəb istifadəyə verilib, 12 məktəb və 6 uşaq bağçası əsaslı təmir edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR