Bank Of Baku

Azərbaycanın ümumtəhsil məktəblərində payız buraxılış imtahanlarının keçiriləcəyi günlər açıqlanıb

Azərbaycanın ümumtəhsil məktəblərində payız buraxılış imtahanlarının keçiriləcəyi günlər açıqlanıb
# 19 avqust 2011 11:40 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Təhsil naziri Misir Mərdanov ümumi orta təhsil səviyyəsi üzrə payız buraxılış imtahanlarının aparılması barədə əmr imzalayıb. APA-nın məlumatına görə, əmrdə qeyd edilib ki, Azərbaycanın bütün ümumtəhsil məktəblərində ümumi orta təhsil səviyyəsi üzrə payız buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada aparılacaq. Əmrə əsasən, bütün ümumtəhsil məktəblərində (Naxçıvan MR istisna olmaqla) və peşə liseylərində ümumi orta təhsil səviyyəsi üzrə payız buraxılış imtahanları sentyabrın 2-10-da saat 14.30-da keçiriləcək. İmtahanların Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Beyləqan, İmişli, Ucar, Zərdab, Laçın və Cəbrayıl rayonlarında sentyabrın 2-də, Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonlarında sentyabrın 5-də, Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkəsən, Goranboy, Göygöl, Xocavənd və Tərtər rayonlarında sentyabrın 6-da, Sumqayıt şəhəri, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarında sentyabrın 7-də, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı rayonlarında sentyabrın 8-də, Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlax rayonlarında sentyabrın 9-da, Bakı şəhərində isə sentyabrın 10-da keçirilməsi nəzərdə tutulub.
Təlim gürcü dilində olan məktəblərin IX (X) siniflərində payız buraxılış imtahanlarının aparılması Təhsil Nazirliyi tərəfindən hazırlanmış imtahan materialları gürcü dilinə tərcümə edilməklə, müvafiq rayon təhsil şöbələrinə tapşırılıb.
Ümumi orta təhsil səviyyəsi üzrə payız imtahanları verən şagirdin imtahan qiymətləri imtahan fənləri üzrə şəhadətnaməsinə yazılacaq yekun qiymət hesab olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR