Bank Of Baku

Azərbaycanda Dövlət Proqramı çərçivəsində 2007-2015-ci illərdə 5000 nəfər xaricdə təhsil alacaq

Azərbaycanda Dövlət Proqramı çərçivəsində 2007-2015-ci illərdə 5000 nəfər xaricdə təhsil alacaq
# 19 avqust 2011 12:34 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı – APA. “Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində 2007-2015-ci illərdə dünyanın müxtəlif ölkələrində yerləşən nüfuzlu ali təhsil müəssisələrində 5000 nəfər gəncin təhsil alması nəzərdə tutulur. APA-nın məlumatına görə, təhsil nazirinin müavini Elmar Qasımov bu haqda Təhsil Nazirliyində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində dünyanın bir çox nüfuzlu ali təhsil müəssisələrinin bakalavr, magistr və doktorantura pillələrinə daxil olmuş tələbələrlə keçirilən görüşdə bildirib. E. Qasımov qeyd edib ki, dövlət proqramı üzrə təhsil almaq tələbələr üçün böyük şərəfdir. Nazir müavini tələbələrə təhsil alacaqları ölkələrdə dövləti ləyaqətlə təmsil etməyi, Azərbaycanın səfirlikləri və diasporları ilə sıx əməkdaşlıq etməyi, ölkənin təhsili, mədəniyyəti, tarixi haqqında əcnəbi vətəndaşlara məlumat vermələrini, yüksək ixtisaslı bir mütəxəssis kimi vətənə dönmələrini tövsiyə edib.
Sonra E. Qasımov dövlət proqramı üzrə təhsil almağa gedən tələbələri iştirakçılara təqdim edərək daxil olduqları universitetlərin adlarını açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR