Bank Of Baku

Rusiyada kvas istehlakı azalır

Rusiyada kvas istehlakı azalır
# 01 sentyabr 2011 10:56 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiyada kvas istehlakı son bir neçə ildə ilk dəfə olaraq aşağı düşüb. “APA-Economics”in “RBK daily”yə istinadən xəbərinə görə, bu, “Canadean” marketinq agentliyinin araşdırması nəticəsində məlum olub.

Bu ilin yanvar-iyun aylarında Rusiyada kvas bazarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8% azalaraq 26,4 mln. dekalitr təşkil edib. Cari ilin I və II rüblərində azalma müvafiq olaraq 2% və 7,5% olub. İlin sonunda kvas bazarının 14-155 azalması gözlənilir.

Kvas istehsalçıları satışın azalmasını havaların bu yay sərin və yağıntılı keçməsi ilə əlaqələndirirlər. bundan başqa, reklam aktivliyinin də azaldığı buna təsir edib.

Qeyd edək ki, ötən ilin yayında qeydə alınan anomal istilər nəticəsində Rusiyada kvas istehlakı təxminən 2 dəfə - 95% artıb. Nəticədə ölkədə 716 mln. litr kvas istehsal olunub. Ötən ilki anomal istilərin nəticələri nəzər alınmazsa, bu il kvas bazarını 4-5% artım gözləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR