Bank Of Baku

Marşal Fondunun Türkiyə nümayəndəliyinin direktoru ADU-da olub

Marşal Fondunun Türkiyə nümayəndəliyinin direktoru ADU-da olub
# 01 sentyabr 2011 11:32 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidov ABŞ-nın German Marşal Fondunun Türkiyə nümayəndəliyinin direktoru Özgür Ünlühisarcıklını qəbul edib. ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, S. Seyidov universitetdə 14 dilin tədris olunduğunu deyib. Universitetin İnformasiya Resurs Kompleksindən danışan rektor, bu kompleksdən nəinki Azərbaycan Dillər Universitetinin tələbələrinin, eyni zamanda digər universitet tələbələri və əcnəbilərin də istifadə etdiyini söyləyib. ADU-nun Türkiyənin Hacəttəpə və Ankara universitetləri ilə əlaqələrindən söz açan S. Seyidov rəhbərlik etdiyi ali təhsil ocağının Türkiyənin Hacəttəpə və Fransanın Strasburq universitetləri ilə imzalanan müqavilə sayəsində tələbə mübadiləsinin həyata keçirildiyini bildirib.

Marşal Fondunun Türkiyə nümayəndəliyinin direktoru Özgür Ünlühisarcıklı isə Azərbaycan Dillər Universitetində olmaqdan məmnunluğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR