Bank Of Baku

Arxeoloqlar Qəbələ şəhərinin Qala hissəsində çöl-tədqiqat işlərini başa çatdırıblar – FOTOSESSİYA

Arxeoloqlar Qəbələ şəhərinin Qala hissəsində çöl-tədqiqat işlərini başa çatdırıblar – <font color=red>FOTOSESSİYA </font>
# 01 sentyabr 2011 12:43 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarından ibarət ekspedisiya Qəbələ şəhərinin Qala hissəsində başlanan çöl-tədqiqat işlərini başa çatdırıb. İnstitutdan APA-ya verilən məlumata görə, ekspedisiya rəisi Qafar Cəbiyevin rəhbərliyi ilə işləyən arxeoloqlar iki ay ərzində qədim paytaxt şəhərinin tarixinə dair bir çox nadir maddi-mədəniyyət nümunələri aşkara çıxarıblar.

Axtarışlar zamanı küçə və yol qovşaqları, hasarlar, irili-xırdalı ictimai və fərdi binalar, istehsalat ocaqları, çoxsaylı və rəngarəng çeşidli digər maddi mədəniyyət nümunələri tapılıb. Arxeoloqlar bildiriblər ki, yeni aşkar edilən 4 ədəd dulus kürəsi xüsusilə çox mühüm elmi əhəmiyyət kəsb edir. Kürələrdən 2 ədədi XI əsrin ortalarına aid olmaqla kərpic və kirəmit bişirilməsinə xidmət edib. Digər 2 kürə isə XIV əsrin sonu – XV əsrin əvvəllərində fəaliyyət göstərib. İçərisindən tapılan məmulat nümunələrinə əsasən kürələrdən birinin məişətdə işıqlandırma vasitəsi kimi istifadə olunan saxsı çıraqların istehsalı üzrə, digəri isə üzəri cızma və deşdəkləmə üsulu ilə zəngin bəzədilən, boğaz hissədə süzgəci olan və süfrə qabı kimi istifadə edilən enliboğaz kuzələrin istehsalı üzrə ixtisaslaşan ustaya mənsub olduğu müəyyənləşdirilib.

İnstitutdan bildirilib ki, aşkarlanan tapıntılar içərisində ağzı qurğuşun tıxacla bərkidilmiş şar-konusvari qab, üzərində fars dilində səliqə ilə həkk olunmuş şeir parçası olan şirli boşqab və digər yazılı nümunələr, saxsı qəlib, daxili səthində insan, heyvan və quş təsvirləri olan rəngarəng çeşidli keramika nümunələri, ayrı-ayrı sənət sahələrində istifadə olunan çoxsaylı əmək alətləri, bəzək əşyaları, dünyanın bir sıra ölkələri və şəhərləri ilə intensiv ticarət və mədəni əlaqələrin olduğundan xəbər verən nadir əşyalar və sikkə nümunələri də tariximizin ayrı-ayrı problemlərinin araşdırılması baxımından çox mühüm əhəmiyyət kəsb edir. Bunlar deməyə əsas verir ki, antik və ilk orta əsrlər dövründə 800 ilə qədər Qafqaz Albaniyasının paytaxt şəhəri olan Qəbələ şəhəri ərəb və monqol fəthlərindən sonrakı dövrlərdə də nəinki ölkənin, bütövlükdə regionun ən mühüm sənət, ticarət və mədəniyyət mərkəzlərindən biri olaraq qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR