Bank Of Baku

Alimlərin və elmi işçilərin attestasiyası aparılacaq

Alimlərin və elmi işçilərin attestasiyası aparılacaq
# 01 sentyabr 2011 13:49 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda alimlərin və elmi işçilərin attestasiyası aparılacaq. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti Arif Həşimov məlumat verib. O bildirib ki, Elmin İnkişafı üzrə Milli Strategiyanın tədbirlər planında attestasiya işinin təkmilləşdirilməsi ilə bağlı bənd nəzərdə tutulub. Hazırda AMEA-da elmi işçilərin və alimlərin attestasiyasının əsasnaməsi hazırlanır.

A. Həşimov deyib ki, alimlərin attestasiyasının keçirilməsi üçün ilk əvvəl “Elm haqqında” qanun qəbul olunmalıdır. Bununla yanaşı, “İntellektual mülkiyyətin qorunması haqqında” qanun da gərəklidir: “Bundan sonra elmi işçilərin attestasiyası keçirilə bilər. Doktoranturada təhsil alanların illik attestasiyası isə qəbul qaydalarında öz əksini tapıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR