Bank Of Baku

TQDK rezidenturaya qəbul imtahanlarına hazırlaşan namizədlər üçün sınaq imtahanı keçirəcək

TQDK rezidenturaya qəbul imtahanlarına hazırlaşan namizədlər üçün sınaq imtahanı keçirəcək
# 01 sentyabr 2011 14:43 (UTC +04:00)
Bunu APA-ya TQDK-nın mətbuat katibi Elnur Nağızadə bildirib. Sınaq imtahanı Bakı şəhərində keçiriləcək. Hər bir imtahanın müddəti 3 saatdır.
İmtahana yazılış internet vasitəsilə sentyabrın 2-dən (saat 16.00-dan) sentyabrın 8-dək (saat 10.00-dək) aparılacaq. Bunun üçün hər birinin qiyməti 3 AZN olan iki ədəd ödəmə kartı tələb olunur.
Ödəmə kartlarını TQDK-nın qarşısında yerləşən “Abituriyent” satış köşkündən, eləcə də TQDK-nın internet saytından və 7735 xidmətindən (“Azercell” abunəçiləri) virtual formada əldə etmək olar: “İmtahan binalarına buraxılış şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Başqasının şəxsiyyət vəsiqəsi ilə imtahana yazılmış namizədlər imtahan binasına buraxılmayacaqlar. İmtahana mobil telefon, kalkulyator və digər köməkçi vasitələrin gətirilməsi qəti qadağandır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR