Bank Of Baku

Ombudsman Ramazan bayramı münasibətilə görüşlər keçirib

Ombudsman Ramazan bayramı münasibətilə görüşlər keçirib
# 01 sentyabr 2011 16:26 (UTC +04:00)
Bakı – APA. İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova mübarək Ramazan bayramı münasibətilə hər il olduğu kimi, Azərbaycan Qadın və İnkişaf Mərkəzinin nəzdindəki Ahılların Resurs Mərkəzində bayram tədbiri təşkil edib. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, E. Süleymanova ombudsmanın resurs mərkəzi kimi fəaliyyət göstərən, ahıllara təmənnasız hüquqi, tibbi və psixoloji yardımların təşkil olunduğu bu mərkəzin üzvlərini - tənha qocaları, qaçqın, məcburi köçkün və şəhid analarını bayram münasibətilə təbrik edib.

Müvəkkil bu bayramın xalqımızın milli-mənəvi dəyərlərinin ayrılmaz tərkib hissəsi olduğunu, əsrlərdən bəri insanlığı xoş əməllərə, paklığa, həmrəyliyə, xeyirxahlığa, mərhəmətə, əmin-amanlığa, halallığa səslədiyini söyləyib. O, ölkə başçısının aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı müvafiq sərəncamlar imzaladığını, minimum əmək haqqının, əmək pensiyalarının baza hissəsinin, habelə “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün, həmçinin müavinətlərin məbləğini artırdığını diqqətə çatdırıb.

E. Süleymanova Respublika Əlillərin Bərpa Mərkəzində müalicə olunan şəxslərlə də görüşərək onları təbrik edib. Müvəkkil burada müalicə alan və reabilitasiya kursu keçən fiziki imkanları məhdud şəxslərin vəziyyətini və problemlərini öyrənib, hüquqlarını izah edib, müvafiq tövsiyələr verib və ehtiyaclarının aradan qaldırılmasında yardımçı olacağını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR