Bank Of Baku

İctimai Komitə üzvləri AŞPA rəsimiləri ilə görüşüb

İctimai Komitə üzvləri  AŞPA rəsimiləri ilə görüşüb
# 01 sentyabr 2011 16:40 (UTC +04:00)
Bakı-APA. Azərbaycanda səfərdə olan AŞPA-nın Hüquq məsələləri və insan hüquqları komitəsinin sədri Kristos Pirqurides və komitənin üzvü, xanım Elza Papadimitrio bu gün Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitənin üzvləri ilə görüşüblər. APA-nın məlumatına görə, görüş zamanı Komitənin kordinatoru Əliməmməd Nuriyev Komitənin fəaliyyəti, həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Daha sonra Komitə üzvləri Sahib Məmmədov, Zəlihə Tahirova, Nazir Quliyev və Elmari Məmişov cıxış edərək, penitensiar sistemde həyata keçirilən islahatlar, mövcud problemlər, çətinliklər barədə danışıblar. Qeyd olunub ki, İctimai Komitənin mandatı yalnız cəzacəkmə müəssisələrinə ictimai nəzarətlə məhdudlaşır. İctimai Komitənin digər strukturların tabelyində olan bir sıra təcridxana və müvəqqəti saxlanma yerlərində ictimai nəzarəti həyata keçirməyə mandatı yoxdur. Bu isə saxlanılan və təqsirləndirilən şəxslərin hüquq və azadlıqlarının qorunması istiqamətində ictimai nəzarətin tam dolğunluqla həyata keçirilməsi imkanlarını azaldır. İctimai Komitənin fəaliyyətini yalnız öz imkanları hesabına həyata keçirdiyi də qonaqların diqqətinə çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR