Bank Of Baku

Azərbaycanın ümumtəhsil məktəblərində payız buraxılış imtahanları başlayır

Azərbaycanın ümumtəhsil məktəblərində payız buraxılış imtahanları başlayır
# 02 sentyabr 2011 07:43 (UTC +04:00)
Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, bütün ümumtəhsil məktəblərində (Naxçıvan MR istisna olmaqla) və peşə liseylərində ümumi orta təhsil səviyyəsi üzrə payız buraxılış imtahanları sentyabrın 2-dən 10-dək saat 14.30-da keçiriləcək.
Bu gün imtahanlar Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Beyləqan, İmişli, Ucar, Zərdab, Laçın və Cəbrayıl rayonlarında təşkil olunacaq. İmtahanların Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonlarında sentyabrın 5-də, Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkəsən, Goranboy, Göygöl, Xocavənd və Tərtər rayonlarında sentyabrın 6-da, Sumqayıt şəhəri, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarında sentyabrın 7-də, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı rayonlarında sentyabrın 8-də, Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlax rayonlarında sentyabrın 9-da, Bakı şəhərində isə sentyabrın 10-da keçirilməsi nəzərdə tutulub.

Ümumi orta təhsil səviyyəsi üzrə payız imtahanları verən şagirdin imtahan qiymətləri imtahan fənləri üzrə şəhadətnaməsinə yazılacaq yekun qiymət hesab olununacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR