Bank Of Baku

Kürdə Gürcüstan və Ermənistandan axıdılan çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı artıb

Kürdə Gürcüstan və Ermənistandan axıdılan çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı artıb
# 02 sentyabr 2011 07:53 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə avqustun III ongünlüyü üçün keçirdiyi monitorinqin nəticələrini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun III ongünlüyündə Kür çayında suyun sərfi avın II ongünlüyünə nisbətən 1 kubmetr/saniyə azalaraq 104 kubmetr/saniyə təşkil edib.

Monitorinqin nəticələrinə əsasən Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini keçib.

Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenol və mis birləşmələri 3, Ağstafaçay su anbarında və Ağstafaçay məntəqəsində isə fenollar 4, mis birləşmələri 3 dəfə normanı keçib.

Araz çayı üzrə Horadiz və I Şahsevən məntəqələrində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 2, Bəhramtəpə məntəqəsində isə fenollar 2, mis birləşmələri 3 dəfə yol verilən həddi keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5.95-9.08 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR