Bank Of Baku

Bu il Bakıda 4 yeni məktəb binası inşa olunacaq

Bu il Bakıda 4 yeni məktəb binası inşa olunacaq
# 02 sentyabr 2011 08:54 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən bu il Bakıda 4 yeni məktəb binasının, 2 məktəbə əlavə korpusun, 20 məktəb üçün əlavə sinif otaqlarının tikintisinin, 44 məktəb və 51 uşaq bağçasının əsaslı təmirinin, 6 məktəbdə bərpa işlərinin başa çatdırılması nəzərdə tutulub. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTI) APA-ya verilən məlumata görə, hazırda yeni dərs ili ilə bağlı Bakının bütün təhsil müəssisələrində ciddi hazırlıq işləri görülür.

Qeyd edək ki, bu il Bakının bütün siniflərində vahid məktəbli geyimi tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR