Bank Of Baku

Gəncədə ali məktəbə qəbul olan abituriyentlərlə görüş keçirilib

Gəncədə ali məktəbə qəbul olan abituriyentlərlə görüş keçirilib
# 02 sentyabr 2011 10:45 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Gəncədə bu il ali məktəbə qəbul olaraq tələbə adını qazanmış abituriyentlərlə görüş keçirilib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının binasında baş tutan görüşdə bildirib ki, bu il Gəncə şəhərindən ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş 1992 abituriyentdən 787 nəfər (39.51 %) tələbə adını qazanıb. Bu, son illərdə qeydə alınan ən yüksək göstəricidir. Ali məktəbə qəbul olan abituriyentlərdən 47 nəfər 600-dən, 137 nəfər isə 500-dən yuxarı bal toplayıb. Mir Cəlal Paşayev adına 39 saylı orta məktəbin məzunu Nərminə Musayeva 685 bal toplayıb və şəhər üzrə ən yüksək nəticə göstərərək Azərbaycan Tibb Universitetinə daxil olub. Tədbirdə çıxış edən Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev tələbə adını qazanmış abituriyentləri təbrik edib. Sonda şəhər üzrə 600-dən yüksək bal toplayan 47 nəfər abituriyentə hədiyyələr təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR