Bank Of Baku

Səhiyyə sistemində kadr mütəxəssisləri üçün təlimlər keçirilir

Səhiyyə sistemində kadr mütəxəssisləri üçün təlimlər keçirilir
# 02 sentyabr 2011 11:54 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində “Səhiyyə sektorunda islahatlar” layihəsi çərçivəsində kadr mütəxəssisləri üçün təlimlər keçirilir. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, SN-nin təşəbbüsü və Dünya Bankının dəstəyi ilə təşkil edilən təlimlərin keçirilməsində məqsəd iştirakçıları səhiyyə sistemində kadr işinin aparılması haqda yeniliklərlə tanış etməkdir.
Respublikanın tibb müəssisələrinin kadrlar üzrə mütəxəssislərinin iştirakı ilə keçirilən təlimlər zamanı mövcud problemlərin aradan qaldırılması istiqamətində müzakirələr aparılacaq və kadr mütəxəssisləri biliklərin artırılması məqsədilə məlumatlandırılacaq.
Təlimlər sentyabrın 19-na kimi davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR