Bank Of Baku

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib
# 05 sentyabr 2011 17:06 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Bakı-Sumqayıt yolunun 9-cu km-də, DYP-nin ekoloji nəzarət postunun qarşısında yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə aparılan tikinti-quraşdırma işləri ilə əlaqədar Sumqayıt istiqamətinə gedən nəqliyyat vasitələrinin hərəkətində müvəqqəti sıxlıq yaranıb. Bunu nəzərə alaraq BDYPİ sürücülərdən həmin istiqamətə getmək üçün Biləcəri və Binəqədi qəsəbələrindən keçən alternativ yollardan istifadə etmələrini xahiş edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR