Bank Of Baku

Bu il Bakı şəhərində məktəbəqədər təhsil müəssisələrindən 9 176 uşaq məktəbə yola salınacaq

Bu il Bakı şəhərində məktəbəqədər təhsil müəssisələrindən 9 176 uşaq məktəbə yola salınacaq
# 06 sentyabr 2011 07:35 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva bildirib.

Onun sözlərinə görə, hazırda rəhbərlik etdiyi təhsil idarəsinin tabeliyində 301 tam orta, 3 ümumi orta, 5 yardımçı, 1 evdə təhsil, 5 cəzaçəkmə müəssisəsində axşam məktəbi fəaliyyət göstərir. Həmin təhsil ocaqlarında 316 594 nəfər şagirdin təlim-tərbiyəsi ilə 31 843 müəllim məşğul olur.

N.Rzaquliyeva qeyd edib ki, ümumtəhsil məktəblərinin XI siniflərində dərs ilinin sonunda 23 019 şagird olub, onlardan 20 304 nəfəri (82,2%-i) attestat alaraq tam orta təhsili başa vurub: “Bu il 14 məzuna qızıl, 4 məzuna gümüş medal verilib. Onların qəbul imtahanlarında orta balı 628 olub, ölkə üzrə 700 bal toplamış 4 abituriyent də Bakı məzunları olub”.

N.Rzaquliyeva əlavə edib ki, yay tətili dövründə dövlət hesabına 57 uşaq bağçasında, 54 məktəbdə və 2 məktəbdən kənar təhsil müəssisəsində təmir-tikinti işləri başlayıb: “Onların əksəriyyətində iş başa çatdırılıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR