Bank Of Baku

Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olan 9,2 min əcnəbiyə fərdi icazə verilib

Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olan 9,2 min əcnəbiyə fərdi icazə verilib
# 06 sentyabr 2011 08:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyul ayının 1-i vəziyyətinə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Miqrasiya İdarəsi tərəfindən ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün 9 163 nəfər əcnəbiyə fərdi icazə verilib, onların 8 673 nəfəri kişi, 490 nəfəri isə qadın olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əcnəbilərin 3 986 nəfəri tikintidə, 2 688 nəfəri mədənçıxarma sənayesində, 571 nəfəri emal sənayesində, 344 nəfəri təhsil, 327 nəfəri ticarət və nəqliyyat vasitələrinin təmiri, 259 nəfəri turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində, 195 nəfəri informasiya və rabitə, 119 nəfəri maliyyə və sığorta fəaliyyəti, 99 nəfəri peşə, elmi və texniki fəaliyyət, 87 nəfəri əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində, 69 nəfəri nəqliyyat və anbar təsərrüfatı, 67 nəfəri daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahəsində, 46 nəfəri kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində və 306 nəfəri digər fəaliyyət növlərində əmək fəaliyyəti ilə məşğul olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR