Bank Of Baku

Nailə Rzaquliyeva: “Uşaq bağçaları tam gücü ilə işləsə belə biz Bakıda bağça yaşlı uşaqların yalnız 50 faizini məktəbəqədər təhsilə cəlb edə bilərik”

Nailə Rzaquliyeva: “Uşaq bağçaları tam gücü ilə işləsə belə biz Bakıda bağça yaşlı uşaqların yalnız 50 faizini məktəbəqədər təhsilə cəlb edə bilərik”
# 06 sentyabr 2011 08:56 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı – APA. “İndi Bakı şəhərində uşaqların yalnız 25 faizi məktəbəqədər hazırlıq qruplarından məktəbə gedir. Aparılan təhlillər göstərir ki, Bakı şəhərindəki mövcud uşaq bağçalarının bazası bu işin öhdəsindən gələcək səviyyədə deyil”. APA-nın məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva təhsil işçilərinin sentyabr konfransında deyib. O bildirib ki, 309 uşaq bağçasında olan qrup otağının 1009-dan təyinatı üzrə istifadə olunmur. Bunun səbəbi onlardan 38-nin təmirsiz olması, 700-də məcburi köçkünlərin məskunlaşması, 271 otağın təyinatı üzrə istifadə edilməməsi, bəzi hallarda isə qrup otaqlarında təhsilə aid olmayan təşkilatların yerləşməsidir: “Uşaq bağçaları tam gücü ilə işləsə belə biz Bakıda yalnız 52 min uşağı məktəbəqədər təhsilə cəlb edə bilərik. Bu da bütün bağça yaşlı uşaqların təxminən 50 faizi deməkdir”.

N. Rzaquliyevanın sözlərinə görə, paytaxtdakı 113 uşaq bağçası özəlləşməyə açıq elan olunub, onlardan 44-ü özəlləşdirilib, 69 müəssisə isə hələ də Bakı Şəhər Təhsil İdarəsinin tabeçiliyində fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR