Bank Of Baku

TQDK-da qaçqın və məcburi köçkün rayonlarının təhsil işçiləri ilə görüş keçirilib

TQDK-da qaçqın və məcburi köçkün rayonlarının təhsil işçiləri ilə görüş keçirilib
# 06 sentyabr 2011 09:36 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) qaçqın və məcburi köçkün rayonlarının təhsil işçiləri ilə görüş keçirilib. APA-nın məlumatına görə, TQDK və “Abituriyent” jurnalının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Füzuli, Laçın, Zəngilan, Qubadlı, Cəbrayıl, Ağdam, Şuşa, Xocalı, Kəlbəcər və Xocavənd rayonlarının təhsil şöbələrinin nümayəndələri və məktəb direktorları iştirak ediblər.

Tədbirdə çıxış edən “Abituriyent” jurnalının baş redaktoru Arzu Əliyev bildirib ki, görüşün əsas məqsədi qaçqın və məcburi köçkün rayonlarının şagirdlərini “Abituriyent” jurnalının vəsaitləri ilə təmin etmək, onlara tədris və köməkçi vəsaitlər çatışmazlığının həllində kömək etməkdir.

Qəbul proqramları və dərsliklər əsasında hazırlanmış 12 min nüsxədən ibarət vəsaitlər qəbul imtahanlarına hazırlıqla yanaşı, şagird nailiyyətlərinin məktəbdaxili qiymətləndirilməsi işində də əhəmiyyətli rol oynayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR