Bank Of Baku

Azərbaycanın təhsil naziri: “Heç kəs vəzifədən getməyi faciə hesab etməməlidir, əsas odur ki, şərəflə gedəsən”

Azərbaycanın təhsil naziri: “Heç kəs vəzifədən getməyi faciə hesab etməməlidir, əsas odur ki, şərəflə gedəsən”
# 06 sentyabr 2011 10:31 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov Bakı şəhər təhsil işçilərinin konfransındakı çıxışında deyib.

Nazir hamının qanunun aliliyinə xidmət etməli olduğunu vurğulayıb: “Bu günlərdə bir qəzetdə yazıblar ki, təhsil nazirinin də 65 yaşı var, niyə o qalır, başqası gedir. Əslində, onun dediyində əsas var. Əgər məsləhət olsa, nazir də getməyə hazırdır. Vəzifə heç kəsin adına daimi yazılmayıb. Hamı bu işə hazır olmalıdır. Heç kəs hesab etməməlidir, o cümlədən mən də hesab etmirəm ki, əvəzolunmaz adamam. Azərbaycanda məndən də bacarıqlı, bilikli, səriştəli kifayət qədər adam var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR