Bank Of Baku

Azərbaycanda 140 min diabetli şəxs qeydiyyatdan keçib

Azərbaycanda 140 min diabetli şəxs qeydiyyatdan keçib
# 06 sentyabr 2011 10:46 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycan Diabet Cəmiyyətində mətbuat konfransı keçirilib. APA-nın xəbərinə görə, cəmiyyətin sədri Mömünət Ömərova Azərbaycanda 140 min diabetli şəxsin qeydiyyatdan keçdiyini deyib: “Lakin qeyri-rəsmi məlumatlara əsasən bu rəqəm iki-üç dəfə çoxdur. Bəzi insanlara düzgün diaqnoz qoyulmur və o, diabet olduğunu uzun müddət bilmir. Bəzi insanlar isə ümumiyyətcə, qeydiyyatdan keçmirlər. Beynəlxalq Diabet Federasiyasının atlasında Azərbaycanda 400 min belə şəxsin olduğu qeyd olunur”.

M. Ömərova diabetin cəmiyyətin inkişafına, iqtisadiyyata mənfi təsir göstərdiyini söyləyib: “Hər il bu cür şəxslərin sayı artır. Bununla bütün dünya mübarizə aparmalıdır. Sentyabrın 19-20-də Birləşmiş Millətlər Təşkilatının sammiti keçiriləcək. Orada diabetlə bağlı müzakirələr olacaq. Biz prezident İlham Əliyevə məktub yazaraq xahiş etmişik ki, həmin sammitdə iştirak etsin”.

Azərbaycan Diabet Cəmiyyətinin sədr müavini Akif Muxtarov isə dövlət tərəfindən diabetli şəxslərə göstərilən qayğının artırılmasının vacibliyindən danışıb: “Hər il diabetli şəxslərin sayı artır, lakin dövlət tərəfindən ayrılan pul vəsaitinin miqdarı eyni qalır. Bu da insanların pulsuz dərman preparatları ilə təmin olmasında problem yaradır. Hesab edirəm ki, həmin vəsait də artırılmalıdır. Həmçinin diabetlə bağlı maarifləndirmə işi aparılmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR