Bank Of Baku

Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdə daha 4 fənn üzrə vakant müəllim yerlərini açıqlayıb

Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdə daha 4 fənn üzrə vakant müəllim yerlərini açıqlayıb
# 06 sentyabr 2011 11:53 (UTC +04:00)
Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycanda coğrafiya müəllimliyi üzrə 160, informatika üzrə 104, riyaziyyat üzrə 91, fiziki tərbiyə müəllimliyi ixtisası üzrə isə 23 vakant yer var. həmin ixtisaslarla bağlı müəllimlərinin işə qəbulu üzrə müsabiqədə iştirak edərək keçid balını toplayanlar elan edilən yerlər üçün müraciət edə bilərlər. Bakı şəhərində olan vakant yerlər ucun keçid balı 28-dən yuxarı, digər vakant yerlər üçün keçid balı isə 21-dən yuxarıdır. Vakant yerlərdə işləmək istəyənlər sentyabrın 13-dək Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinə ərizə ilə müraciət etməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR