Bank Of Baku

Azərbaycanda “Elektron Əmrlər” proqram təminatı gələn il yanvarın 1-dən istifadəyə veriləcək

Azərbaycanda “Elektron Əmrlər” proqram təminatı gələn il yanvarın 1-dən istifadəyə veriləcək
# 06 sentyabr 2011 12:10 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Səhiyyə Nazirliyi Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi tərəfindən tibb müəssisələrinin kadrlar şöbələrinin işinin təkmilləşdirilməsi məqsədilə yaradılmış “Elektron Əmrlər” (E-Əmr) proqram təminatı üzrə treninqlərə start verib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yeni proqramın tətbiqi sahəsində səhiyyə müəssisələrində kadrlar üzrə əmrlərin verilməsi prosesi avtomatlaşdırılaraq vahid informasiya bazasında cəmləşdiriləcək və mövcud sistemlərlə inteqrasiya olunacaq. “e-Əmr” proqramı tibb işçilərinin vahid registri ilə əlaqəli işləyəcək. Sistemdə qeyd olunmuş e-Əmrlər “Tibb işçilərinin vahid elektron registri”ndə avtomatik olaraq əmri verilən şəxsin məlumatlarında öz əksini tapır. Proqram təminatı 2012-ci yanvarın 1-dən istifadəyə veriləcək.
Treninqə Bakı və regionlardan tibb müəssisələrinin mütəxəssisləri dəvət olunub. Treninqlər sentyabrın 19-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR