Bank Of Baku

Azərbaycanda 2011-2012-ci tədris ilində 47 yeni orta məktəb istifadəyə veriləcək

Azərbaycanda 2011-2012-ci tədris ilində 47 yeni orta məktəb istifadəyə veriləcək
# 06 sentyabr 2011 12:14 (UTC +04:00)
Bak. Sevil Zeynalqızı-APA. 2011-2012-ci tədris ilində 47 yeni orta məktəb istifadəyə veriləcək. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, bunlarla yanaşı, 6 məktəb əsaslı təmir edilib, ayrı-ayrı bölgələrdəki məktəblərə 2 milyon manat dəyərində 12957 parta, 1080 yazı lövhəsi, 2095 müəllim stolu, 3750 müəllim stulu verilib. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda tədris ocaqlarının əsaslı təmiri və yenidən qurulması ilə bağlı bu il üçün nəzərdə tutulan tədbirlər planına uyğun olaraq paytaxtda 111 təhsil müəssisəsinin əsaslı təmirinə başlanılıb. Bunlardan 54-ü məktəb, 57-si isə uşaq bağçasıdır. Proqramla əsasən ehtiyacı olan mövcud məktəblər üçün əlavə sinif otaqlarının, yeni tədris korpuslarının, idman və akt zallarının, yeməkxana binalarının inşası və lazımi avadanlıqla təchiz edilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, 2010-2011-ci dərs ili ərəfəsində ölkədə 9380 yerlik 26 məktəb inşa olunub. Yeni məktəblərinin tikintisi, əlavə korpusların inşası, onların əsaslı təmiri həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR