Bank Of Baku

Azərbaycanlı alpinistlər Lenin zirvəsini fəth ediblər

Azərbaycanlı alpinistlər Lenin zirvəsini fəth ediblər
# 06 sentyabr 2011 12:14 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycan alpinistləri Pamir dağının ən yüksək zirvələrindən olan Lenin zirvəsinə (7134 metr) qalxıblar. APA-nın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında “Lenin zirvəsi 2011. Üzeyir Hacıbəylinin xatirəsinə” adlı ekspedisiyanın başa çatması münasibətilə keçirilən mətbuat konfransında Azərbaycan Alpinistlər Federasiyasının prezidenti İsrafil Aşurlu deyib. Zirvənin fəthi böyük Azərbaycan bəstəkarı Ü. Hacıbəyliyə həsr olunub.

Ekspedisiya Alpinistlər Federasiyası, Rusiyadakı Azərbaycan Gənclər Təşkilatı, Azərbaycan Gənclər və İdman Nazirliyinin birgə layihəsi çərçivəsində baş tutub. 20 gün davam edən layihəyə 7 azərbaycanlı alpinist qatılıb. Ekspedisiya iştirakçılarından olan Mirbədəl Mirhəsənli klassik marşrutla deyil, zirvənin şimal divarı üzrə mürəkkəb “Arkin” marşrutu ilə qalxmağa qərarı verdiklərini söyləyib: “Ekspedisiya zamanı bir neçə dəfə zəlzələ oldu və nəticədə qar uçqunu baş verdi. Başqa ölkələrdən olan idmançılar bizim sona qədər gedə biləcəyimizə inanmırdılar”.

İ. Aşurlu layihə çərçivəsində Alp və Himalay dağlarındakı zirvələrin fəthinin də nəzərdə tutulduğunu açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR