Bank Of Baku

Mingəçevirdə 500 köçkün ailəsi üçün 10 yaşayış binasının inşasına başlanıb

Mingəçevirdə 500 köçkün ailəsi üçün 10 yaşayış binasının inşasına başlanıb
# 06 sentyabr 2011 12:31 (UTC +04:00)
APA-nın məlumatına görə, hazırda şəhər avtovağzalının arxasındakı 8 hektar ərazidə şəhərciyin salınması üçün lazımi işlər görülür, binaların təməlinin qoyulması üçün qazıntı, dəmir-betonlama işləri aparılır. Bütün binaların inşasının gələn il başa çatdırılması nəzərdə tutulur. Şəhərciyə 13 orta məktəbdə və 98 ailəlik fin qəsəbəsində müvəqqəti məskunlaşan 500 məcburi köçkün ailəsi köçürüləcək.

Qeyd edək ki, 2005-ci ilədək Mingəçevirdə 412, 110, 88 və 36 məcburi köçkün ailəsi üçün fərdi yaşayış evlərindən ibarət şəhərciklər salınıb. Hazırda şəhərdə işğal edilmiş 10 rayondan olan 5409 məcburi köçkün ailəsi məskunlaşıb. Onların sayı 20 min 138 nəfərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR