Bank Of Baku

Bakıda təhsil işçilərinin növbəti aylıq konfransı keçirilib

Bakıda təhsil işçilərinin növbəti aylıq konfransı keçirilib
# 06 sentyabr 2011 12:35 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bakı şəhərinin təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. APA-nın məlumatına görə, konfransda çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Nailə Rzaquliyeva bildirib ki, bu il Bakıda 7 məktəb, 8 körpələr evi-uşaq bağçası əsaslı, 15 məktəb, 23 uşaq bağçası, 1 məktəbdənkənar təhsil müəssisəsi isə cari təmir edilib. Bununla yanaşı, 13 məktəb və 10 uşaq bağçasının istilik sistemi təmir edilib, təhsil müəssisələri lazım olan inventar və avadanlıqlarla təmin olunub.

Hazırda idarənin tabeliyində 307 məktəbəqədər təhsil müəssisəsinin olduğunu söyləyən N. Rzaquliyeva deyib ki, fəaliyyətdə olan 302 müəssisədə uşaqların sayı 34369 olmaqla 1539 qrup fəaliyyət göstərir. Həmin uşaqların təlim-tərbiyəsi ilə 3765 pedaqoji işçi məşğul olur. İdarə müdirinin sözlərinə görə, bu il keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində qalib gəlmiş 50 məktəbdən 22-si, “Ən yaxşı müəllim” müsabiqəsinin 100 qalibindən 49 nəfəri Bakı təhsil müəssisələrinin payına düşür.

N. Rzaquliyeva qeyd edib ki, hazırda BŞTİ-nin tabeliyində 47 məktəbdənkənar təhsil müəssisəsi, o cümlədən 18 idman məktəbi, 14 uşaq yaradıcılıq mərkəzi, 8 texniki yaradıcılıq mərkəzi, 3 məktəbdənkənar tərbiyə işi mərkəzi, 3 ekoloji tərbiyə və təcrübəçilik mərkəzi və 1 gənc turistlər və diyarşünaslıq mərkəzi fəaliyyət göstərir ki, bu müəssisələrdə 96 adda dərnək və idman növü üzrə 3508 qrupda 43132 nəfər şagirdlə 1327 pedaqoji işçi məşğul olur.

Konfransda təhsil naziri Misir Mərdanov, 279 saylı məktəbin direktoru Oqtay Səmədov, 12 saylı İdman Məktəbinin direktoru Elçin Mehdizadə və digər iştirakçılar çıxış edərək Bakı şəhəri üzrə təhsildə əldə edilən uğurlardan və görüləcək işlərdən danışıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR