Bank Of Baku

Abşeronun şərqində geniş miqyaslı arxeoloji qazıntılara başlanacaq

Abşeronun şərqində geniş miqyaslı arxeoloji qazıntılara başlanacaq
# 06 sentyabr 2011 13:05 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu ayın ikinci yarısında Abşeronun şərqində geniş miqyaslı kəşfiyyat xarakterli arxeoloji qazıntılara başlanacaq. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Abşeron arxeoloji ekspedisiyasının rəhbəri İdris Əliyev məlumat verib. Onun sözlərinə görə, hazırda arxeoloji qazıntılara hazırlıq işləri aparılır. Qazıntılar arxeoloji baxımdan zəngin olan və qədimdən qışlaq əraziləri kimi istifadə edilən Türkan, Dübəndi ətrafında, dəniz qırağında və mağaralarda aparılacaq.

İ. Əliyev bildirib ki, Xəzər dənizində arxeoloji qazıntılar aparmaq üçün texniki təminatla bağlı təmsil etdiyi qurum tərəfindən müvafiq dövlət orqanlarına müraciətlər edilib: “Akvalanqların alınması və kadr məsələləri həllini tapandan sonra Xəzər dənizində arxeoloji tədqiqatlar başlayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR