Bank Of Baku

Elçin Behbudov Şirvan və Salyan rayon polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarında monitorinq keçirib

Elçin Behbudov Şirvan və Salyan rayon polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarında monitorinq keçirib
# 06 sentyabr 2011 13:51 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Şirvan və Salyan rayon polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarında monitorinq keçirib. E. Behbudov APA-ya açıqlamasında Şirvan rayon Polis Şöbəsinin müvəqqəti saxlanma təcridxanasında 50 nəfərin saxlanıldığını deyib: “Salyanda isə 16 nəfər saxlanılır. Bir neçə nöqsan aşkarlandı. Yaxın vaxtlarda daxili işlər naziri Ramil Usubovla görüşəcəyəm. Həmin görüşdə bu məsələləri də müzakirə edəcəyik”.

Elçin Behbudov Müdafiə Nazirliyinin Salyan rayonunda yerləşən intizam xarakterli hərbi hissəsində də monitorinq keçirdiyini bildirib: “Orda 79 məhkum əsgər saxlanılır. Yeməkxana və yataqxana təmir olunub. Orada əsasən Cinayət Məcəlləsinin 331-ci (hərbi qulluqçunu döymə və təhqir etmə) maddəsi ilə təqsirləndirilən şəxslər saxlanılır. Saxlanılan şəxslərlə təkbətək və ümumi görüşlər keçirdik. Saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri olmadı”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR