Bank Of Baku

Rezidenturaya sınaq imtahanlarında iştirak etmək üçün 480 namizəd qeydiyyatdan keçib

Rezidenturaya sınaq imtahanlarında iştirak etmək üçün 480 namizəd qeydiyyatdan keçib
# 06 sentyabr 2011 14:20 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sentyabrın 10-da və 11-də keçirəcəyi rezidenturaya sınaq imtahanlarında iştirak etmək üçün 480 namizəd qeydiyyatdan keçib.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahana yazılış internet vasitəsilə sentyabrın 8-dək aparılacaq. Bunun üçün hər birinin qiyməti 3 AZN olan iki ədəd ödəmə kartı tələb olunur. Sınaq imtahanında baza ali tibb təhsili almış hər bir şəxs iştirak edə bilər.

Xatırladaq ki, bu il Azərbaycanda ilk dəfə olaraq rezidenturaya qəbul həyata keçiriləcək. Qəbul imtahanları sentyabrın 24-də və 25-də iki gün ərzində davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR