Bank Of Baku

Bakıda Ukrayna və Azərbaycan həmkarlar ittifaqlarının nümayəndə heyətləri arasında görüş keçirilib

Bakıda Ukrayna və Azərbaycan həmkarlar ittifaqlarının nümayəndə heyətləri arasında görüş keçirilib
# 06 sentyabr 2011 14:54 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA. Bakıda səfərdə olan Ukrayna Dövlət İdarələri İşçiləri Həmkarlar İttifaqının nümayəndə heyəti bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında görüş keçirib.

APA-nın məlumatına görə, Ukraynalı qonaqları salamlayan Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Komitə sədri Ukrayna həmkarlar ittifaqı nümayəndə heyətinin ölkəmizə səfərinin iki dost ölkənin həmkarlar ittifaqı xadimləri arasında işgüzar əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcəyini deyib.

Öz növbəsində Ukrayna Dövlət İdarələri İşçiləri Həmkarlar İttifaqının rəhbəri Tatyana Nikitina bildirib ki, Azərbaycan və Ukraynanın həmkarlar ittifaqlarının fəaliyyət istiqamətləri üst-üstə düşür. O, təmsil etdiyi qurumun dövlət idarələri ilə münasibətləri, maliyyə praktikası və digər sahələr barədə ətraflı məlumat verib. Daha sonra Ukrayna və Azərbaycan həmkarlar ittifaqları arasında dostluq və əməkdaşlıq barədə saziş imzalanıb.

Sentyabrın 11-dək davam edəcək səfər çərçivəsində ukraynalı qonaqlar azərbaycanlı həmkarlarının fəaliyyəti ilə tanış olacaq, habelə Bakının və Azərbaycanın görməli yerlərinə səfər edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR