Bank Of Baku

ADU-da “Xaricdə təhsil” proqramı çərçivəsində təqdimat keçirilib

ADU-da “Xaricdə təhsil”  proqramı çərçivəsində təqdimat keçirilib
# 24 sentyabr 2011 10:54 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində “Xaricdə təhsil” proqramı çərçivəsində təqdimat keçirilib. APA-nın məlumatına görə, Bakı Təhsil İnformasiya Mərkəzinin direktoru Bahar Hacızadə, İREX-in ölkə üzrə direktoru Sarah Hennesi, Kanadanın beynəlxalq dil akademiyasının yerli nümayəndəsi, ACCELS-in ölkə üzrə direktoru Tayson Lemon, ACCELS-in Gənc Müəllimlərin İnkişafı Proqramı üzrə koordinatoru Nailə Nəbiyeva, ABŞ səfirliyinin mədəniyyət və təhsil işləri üzrə müşaviri Kristofer Consun hazırladığı təqdimatlarda ABŞ, Kanada və Avropada təhsil proqramları haqqında ətraflı məlumat verilib. Tədbirdə hansı proqramlar üzrə həmin universitetlərdə təhsil almağın imkanlarından söhbət açılıb, eləcə də təqaüd proqramları haqqında danışılıb. Tədbirdə tələbələri maraqlandıran suallar da cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR