Bank Of Baku

Bakıda növbəti beynəlxalq təhsil sərgisi açılıb

Bakıda növbəti beynəlxalq təhsil sərgisi açılıb
# 24 sentyabr 2011 10:06 (UTC +04:00)
APA-nın məlumatına görə, sərgidə Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə, Şimali Kipr, Türkiyə, ABŞ, Avstriya, Malayziya, Yunanıstan, İspaniya və bir sıra başqa ölkələrin universitetləri iştirak edirlər. Ümumilikdə, sərgidə 12 ölkənin 50 ali təhsil ocağı təmsil olunur. İki gün davam edəcək sərgidə tələbələrə xaricdə sertifikatlaşdırılmış təhsil, MBA proqramları və dil kursları haqda ətraflı məlumatlar veriləcək. Təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri qurumlarda təhsil almaq şərtlərini, ölkələrində tələbələrə nəzərdə tutulan güzəştlər, gündəlik xərclər və digər məsələlərlə bağlı sualları cavablandıracaqlar.

Qeyd edək ki, sərgi Türkiyənin məşhur “Akare International Education Fairs” şirkəti tərəfindən təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR