Bank Of Baku

Bakının 1 və 2 saylı uşaq evlərində Beynəlxalq Sülh Günü qeyd olunub

Bakının 1 və 2 saylı uşaq evlərində Beynəlxalq Sülh Günü qeyd olunub
# 24 sentyabr 2011 11:24 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. Bu gün “ELS” Müstəqil Araşdırmalar Mərkəzi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsi Beynəlxalq Sülh Gününün Bakı şəhərinin 1 və 2 saylı uşaq evlərinin şagirdləri tərəfindən qeyd edilməsini və bu müəssisənin 7-9 sinif şagirdləri üçün yeni açılacaq Ekoloji Parka ekskursiyanın keçirilməsini təşkil edib.
APA-nın məlumatına görə, ilk olaraq Ekoloji Park haqqında şagirdlərə məlumat verilib. Sonra parkda ağac əkmə mərasimi keçirilib.

Ekoloji Parkın Konfrans zalında Beynəlxalq Sülh Günü ilə bağlı keçirilən tədbirdə ARDNŞ-in Yaşıllaşdırma departamentinin rəisi Sadiq Kərimov, Ekoloji Təbliğat Və Sosial Məsələlər Mərkəzinin rəhbəri Füzuli Hacıyev, “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova, YUNESKO-nun nümayəndəsi Ramin Əliyev, UNİCEFİN nümayəndəsi Natiq Umarov, Turizm və Mədəniyyət Nazirliyinin nümayəndəsi Səid Hacıyev, Təhsil Nazirliyinin nümayəndəsi Şərafət Şirinli və uşaq evlərinin müəllimləri çıxış ediblər. Sonda şagirdlərə hədiyyələr təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR