Bank Of Baku

Azərbaycanda rezidenturaya qəbul imtahanının birinci mərhələsi başa çatıb

Azərbaycanda rezidenturaya qəbul imtahanının birinci mərhələsi başa çatıb
# 24 sentyabr 2011 12:10 (UTC +04:00)
TQDK-dan APA-ya verilən məlumata görə, bu mərhələdə namizədlər baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq qəbul proqramı əsasında baza fənləri üzrə imtahan veriblər. İmtahan Azərbaycan Tibb Universitetinin I və V tədris binalarında saat 11:00-da başlayıb və saat 13:30-da başa çatıb. İmtahan təlimata uyğun şəkildə keçirilib, namizədlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. İmtahanda iştirak etmək üçün ərizə vermiş 1063 namizəddən 15 nəfəri imtahana gəlməyib.

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi sabah keçiriləcək. Bu mərhələdə namizədlərin ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq. Rezidenturaya qəbul imtahanının nəticələri sentyabrın 26-da elan olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR