Bank Of Baku

Azərbaycanda məhkəmə hakimlərinin maaşı son 11 ildə 30 dəfə artıb

Azərbaycanda məhkəmə hakimlərinin maaşı son 11 ildə 30 dəfə artıb
# 24 sentyabr 2011 15:04 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycanda məhkəmə hakimlərinin əmək haqqı 2000-ci illə müqayisədə 30 dəfə artırılıb. APA-nın xəbərinə görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədov Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə Bakıda keçirilən beynəlxalq tədbirdəki çıxışında deyib.

Nazir Azərbaycan Ali Məhkəməsi üçün yeni binanın istifadəyə verildiyini, hazırda məhkəmə binalarının tikintisi ilə bağlı işlərin davam etdirildiyini bildirib.

F.Məmmədov Azərbaycanda aparılmış məhkəmə islahatları barədə danışaraq son illərdə məhkəmə işçilərinin sayının artırıldığını da söyləyib.

F.Məmmədov həmçinin vurğulayıb ki, bu gün Azərbaycanda heç kəs məhkəmələrin fəaliyyətinə müdaxilə edə bilmir. O, məhkəmə sistemində təkmilləşdirmə istiqamətində islahatların davam etdirildiyini də söyləyib: «SSRİ vaxtında müstəqil məhkəmə sistemindən söhbət gedə bilməzdi. Azərbaycan müstəqil olduqdan sonra bu sistemdə islahatlar aparılıb».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR