Bank Of Baku

“Xəzər həftəsi” ilə əlaqədar tədbirlərə start verilib

“Xəzər həftəsi” ilə əlaqədar tədbirlərə start verilib
# 26 sentyabr 2011 09:07 (UTC +04:00)
Bakı-APA. “Beynəlxalq Dəniz günü” ilə əlaqədar 26-30 sentyabr tarixlərində “Xəzər həftəsi”nin qeyd olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən hazırlanmış müvafiq tədbirlər planına əsasən bir sıra orta təhsil müəssisələrində “Mavi Xəzərimiz” mövzusunda lektoriyalar təşkil olunmaqla müxtəlif kütləvi, maarifləndirici tədbirlərə start verilib. ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin nümayəndələrinin iştirak etdiyi tədbirlərdə su hövzələrinin zənginliyi, eyni zamanda onun resurslarının qorunmasının vacibliyi, Xəzərin ekoloji problemlərinin həlli istiqamətində görülmüş işlər barədə şagirdlərə məlumatlar verilib.
“Beynəlxalq Dəniz günü” ilə əlaqədar keçiriləcək tədbirlər dənizin ekoloji cəhətdən saflığının və davamlılığının qorunmasına, onun sərvətlərinin mühafizə olunmasına, eyni zamanda ictimaiyyətin maarifləndirilməsinə yönəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR