Bank Of Baku

Azərbaycanın bəzi rayonlarında leysan yağacaq

Azərbaycanın bəzi rayonlarında leysan yağacaq
# 26 sentyabr 2011 09:48 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, gün ərzində hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
Mülayim şimal-qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 14-18, gündüz 22-24 dərəcə isti olacağı proqnozlaşdırılır.

Sentyabrın 28-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-19, gündüz 22-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 27-də şimşək çaxacağı, arabir yağış yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18, gündüz 22-27, dağlarda gecə 7-12, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Sentyabrın 28-də bölgələrdə hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı, gözlənilir. Şərq küləyi əsəcək. Gecə 14-19, gündüz 24-29, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR