Bank Of Baku

Bu ilin 9 ayı ərzində Azərbaycanda 26 quduzluq faktı aşkarlanıb

Bu ilin 9 ayı ərzində Azərbaycanda 26 quduzluq faktı aşkarlanıb
# 26 sentyabr 2011 14:26 (UTC +04:00)
Onlardan 26-da xəstəlik aşkarlanıb, qalan nümunələrdə isə bu xəstəlik müəyyən olunmayıb. Bu barədə APA-ya DBX mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib. Y. Xanvəlinin sözlərinə görə, ötən ilin 9 ayında xidmətin laboratoriyasına quduzluq xəstəliyi ilə bağlı 41 nümunə daxil olub və onlardan 26-da bu xəstəlik aşkarlanıb: “2010-cu ildə ümumilikdə bölgələrdən laboratoriyaya gətirilən 47 nümunədən 28-də bu xəstəlik müəyyən edilib”.

Y. Xanvəli deyib ki, bu il Azərbaycanda 240 mindən artıq sahibli və həyət iti vaksinasiya edilib. Xidmət vəhşi heyvanların vaksinasiyası ilə bağlı layihə üzərində də işləri davam etdirir: “Layihəyə görə, çöl heyvanları oral formada vaksinasiya ediləcək. Yəni vaksin qatılmış qidalar vertolyot vasitəsilə meşə zolaqlarına atılacaq. Vəhşi heyvanlar bu qidaları qəbul etdikdə onlarda immunitet yaranacaq. Layihə hökumət tərəfindən qəbul edilsə, bu tədbirlərin həyata keçirilməsi mümkün olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR