Bank Of Baku

Gənclər və İdman Nazirliyində Əlaqələndirmə Şurası yaradılıb

Gənclər və İdman Nazirliyində Əlaqələndirmə Şurası yaradılıb
# 27 sentyabr 2011 09:48 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar Gənclər və İdman Nazirliyində Əlaqələndirmə Şurası yaradılıb. Şuranın tərkibinə dövlət proqramında iştirak edən dövlət qurumlarının, nazirliklərin nümayəndələri daxil edilib. APA-nın məlumatına görə, gənclər və idman nazirinin müavini İntiqam Babayev jurnalistlərə açıqlamasında bildirib ki, oktyabr ayında Əlaqələndirmə Şurasının ilk iclası keçiriləcək. Proqramın icrasında şəffaflığı təmin etmək üçün ayrıca sayt yaradılacaq.

İ. Babayev deyib ki, 4 il ərzində dövlət proqramı tam yerinə yetiriləcək və gənclərin inkişafında yeni mərhələ açılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR