Bank Of Baku

Stavropol vilayətində yaşayan 115 yaşlı azərbaycanlı qadın Gürcüstana səyahət etmək istəyir

Stavropol vilayətində yaşayan 115 yaşlı azərbaycanlı qadın Gürcüstana səyahət etmək istəyir
# 27 sentyabr 2011 10:22 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Rusiyanın Stavropol vilayətində yaşayan, əslən Gürcüstanın Qardabani rayonunun Ağtəhlə kəndindən olan 115 yaşlı Nərgiz Musayeva xarici pasport alıb. APA-nın “İnterfaks-yuq” agentliyinə istinadən verdiyi məlumata görə, N. Musayeva tarixi vətəni olan Gürcüstana səfər etməyi qərara alıb. Onun pasport almaq üçün müraciətinə baxılarkən əvvəlcə sənədlərində təvəllüdünün səhv yazıldığı düşünülüb. Lakin aparılan araşdırmadan sonra Rusiya vətəndaşının həqiqətən 1896-cı il təvəllüdlü olduğu müəyyənləşib. Ona təntənəli şəkildə pasport təqdim olunub.

N. Musayeva Ağtəhlə kəndinə gedərək öz qohum-əqrəbası ilə görüşmək istəyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR